Bütün xəbərlər
2 dekabr, 15:20

Respublika fənn olimpiadasının qalibi olmaq hələ IX sinifdə oxuyarkən həyatının ən böyük arzusu və məqsədi idi. Buna nail olmaq üçün çəkdiyi əziyyətlər hədər getməyib. Nəhayət ki, məqsədinə çatıb. 

Coğrafiya fənni üzrə respublika fənn olimpiadasının bürünc medalçısı olan İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Vüsal  Abdullayev bu günlərdə daha bir uğura imza ataraq “Əlaçı” intellektual televiziya verilişinin qalibi olub. 

“Azərbaycan müəllimi”nin budəfəki istedadlı qəhrəmanı respublika fənn, "Qərbi Azərbaycana qayıdış" olimpiadalarının, "Əlaçı” televiziya layihəsinin, eləcə də  İsmayıllı rayonu üzrə keçirilən "Ölkələr və paytaxtlar" müsabiqəsinin qalibi XI sinif şagirdi Vüsal  Abdullayevdir.

"Coğrafiya həyatımın ayrılmaz bir hissəsinə çevrilmişdi"

Müsahibimiz deyir ki, ona respublika fənn olimpiadasına qoşulmağı coğrafiya müəllimi Ruhiyyə Camaləddinova tövsiyə edib.

“Olimpiadaya ilk dəfə VIII sinifdə oxuyarkən qatıldım. Həmin il mənim həyatımda bir dönüş nöqtəsi oldu. Düzdür, onda olimpiadanın rayon mərhələsini keçə bilməmişdim, amma bu müsabiqədə iştirakım mənə qalibiyyətimlərimin memarlarından birini - Şahin müəllimi qazandırmışdı. IX sinifdə oxuyarkən artıq respublika fənn olimpiadasının qalibi olmaq mənim əsas məqsədimə çevrilmişdi. Final turuna 97 balla keçmişdim. Lakin finalda son nöqtəni qoya bilməmişdim. Bu, məni daha çox disiplinli etmişdi. Çünki yarımçıq qalan bir işim vardı: respublika fənn olimpiadasının qalibi olmalı idim... Gecələr daha gec yatır, səhərlər daha tez dururdum. Coğrafiya həyatımın ayrılmaz bir hissəsinə çevrilmişdi, artıq coğrafiya kitabı ilə mənim aramda güclü bir bağ yaranmışdı. Əzmlə çalışdım və nəticədə olimpiadanın bürünc medalını qazandım. Olimpiadada qalib olduğum gün üzərimdən sanki bir yük götürülmüşdü. Bacarmışdım, artıq qaliblər sırasında idim. Həmin vaxt düşünürdüm ki, yarımçıq qalan işimi bitirmiş, son nöqtəni qoymuşdum. Bu, çox gözəl bir hiss idi. Hər anı yadımdadır və heç zaman da yadımdan çıxmayacaq. Bu hadisədən üç ay sonra isə "Əlaçı"da iştirak edəcəyim ağlıma belə gəlməmişdi”.

 “Qalib olmaq televiziyada göründüyü kimi rahat deyildi”

Vüsal bildirir ki, “Əlaçı” verilişinə uşaq yaşlarından böyük maraq göstərib. Hər dəfə "Əlaçı" yayımlanarkən televizorun qarşısında oturub maraqla onu izləyib, verilişə baxanda iştirakçılar kimi həyəcanlanaraq özünü sanki yarışdakı kimi hiss edərmiş. VI sinifdə oxuyan zaman ailəmə "Bir gün mən də "Əlaçı"nın diplomunu evimizə gətirəcəm" demişdim. Zaman keçdikcə və mən böyüdükcə "Əlaçı" əsas prioritetlərim sırasından çıxsa da, yenə ürəyimdə bir arzu, bir istək kimi qalmışdı. "Əlaçı"da ilk iştirakım X sinifdə oxuyan zamana təsadüf edir. O zaman mən seçim turunu keçə bilməmişdim. XI sinifdə isə yenidən seçim turunda iştirak üçün qeydiyyatdan keçdim. Bu turdan bir müddət sonra  "Əlaçı" verilişində iştirak hüququ qazandığımı öyrəndim. Bu, çox sevindirici, qürurverici hiss idi. Çünki bu, mənim uşaqlıq xəyalım idi. “Əlaçı"da iştirak etdiyim zaman isə bir həqiqətlə üzləşdim. Qalib olmaq televiziyada göründüyü kimi rahat deyildi. Həyəcan, ən sadə bir sualın cavabını ani olaraq, unudub yanlış cavablandırma və bütün ölkənin səni izləyəcəyi gerçəyi... bütün bunları nəzərə alaraq deyə bilərəm ki, bu yarış həqiqətən çox stresli idi. Həyəcanım yarış bitdikdən sonra da keçməmişdi. Amma bütün əziyyətlərə və dəhşətli həyəcanıma dəyərdi. Çünki ürəyimin bir hissəsində yatmış olan xəyalımı gerçəkləşdirmişdim, ailəmi, qohumlarımı, dostlarımı və bütün İsmayıllını qürurlandırmışdım”.

“Azərbaycan üçün mühüm olan tarixi festivalın bir parçası olmaq və "Qərbi Azərbaycana qayıdış" olimpiadasının ilk qaliblərindən biri olmaq mənim üçün böyük bir şərəfdir” deyən Vüsal olimpiadada iştirakından da söz açıb.

Bu  olimpiadanın seçim turunda uğur qazandıqdan sonra müsabiqənin final mərhələsinə hazırlaşmağa başladıq, bu, çox maraqlı idi. Olimpiada ilk dəfə keçirildiyi üçün sualların necə olacağını, ona necə hazırlaşacağımızı yaxşı bilmirdik. Müəllimim Şahin Gənciyev mənə nəinki coğrafiya barədə məlumatlar verir, hətta olimpiada üçün lazım olan digər mövzuları da öyrənməyimə dəstək verirdi. 

Olimpiadanın finalı Naxçıvan Dövlət Universtitetində keçirildi və mən bürünc medal qazandım. Bu, yalnız adi bir elm müsabiqəsi deyildi, böyük mənəvi dəyəri olan olimpiada idi. İyunun 21-də mükafatlandırma mərasimi Batabat yaylasında, Qərbi Azərbaycanın cəmi bir neçə kilometrliyində keçirildi. Tədbirdə iştirak məndə böyük qürur hissi yaşatdı. Naxçıvanda olduğum 3 gün xatirələrimdə silinməz izlər buraxdı, yeni dostlar qazandım, dünyagörüşüm genişləndi. Əvvəllər yalnız haqqında kitablardan məlumatlar aldığım yerləri öz gözlərimlə gördüm, tanıdım, Vətənimin hər qarış torpağını əvvəlkindən daha çox sevdim”. 

 

 

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.