Bütün xəbərlər
26 fevral, 15:55

Qarabağ Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, həmçinin Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə açıq elan edilib.

Anım tədbirində Qarabağ Universitetinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, şəhər ictimaiyyətinin nümayəndələri, Xocalı faciəsinin canlı şahidləri və tələbələr iştirak ediblər.

Qarabağ Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov tədbirdə açılış nitqi ilə çıxış edərək iştirakçılara Universitetin rektoru Şahin Bayramovun salamlarını çatdırıb. F.Əhmədov Xocalı soyqırımının anlam və mahiyyətindən bəhs edərək bildirib ki, belə bir tədbirə ev sahibliyi etmək böyük məsuliyyətdir, çünki Xocalı təkcə Azərbaycanın deyil, bütün insanlığın yaddaşında dərin iz buraxan bir faciədir. Prorektor qeyd edib ki, Qarabağ Universitetinin strateji hədəflərindən biri həm də tarixi həqiqətlərin araşdırılması və beynəlxalq müstəvidə erməni terrorunun ifşa olunmasıdır.

Sonra çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov diqqətə çatdırıb ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummill lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra ölkə rəhbərliyinin tapşırıqlarına əsasən Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. 

Universitetin Humanitar elmlər və sosial məsələlər fakültəsinin dekanı, Beynəlxalq münasibətlər tarixi üzrə fəlsəfə doktoru Elmar Mustafayev Xocalı soyqırımının tarixi və onun bəşəriyyətə vurduğu mənəvi ziyan haqqında iştirakçıları məlumatlandırıb. Dekan belə tədbirlərin xüsusilə gənc nəsil üçün Xocalı soyqırımının unudulmaması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ardınca Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun üzvü, Universitetin Azıx arxeoloji tədqiqatlar və analizlər laboratoriyasının müdiri Əjdər Babazadə Xocavənd rayonunun Edilli kəndi, Füzulinin Yuxarı və Aşağı Seyidəhmədli kəndlərində aşkar edilmiş kütləvi məzarlıqlar haqqında məlumatları diqqətə çatdırıb. 

Daha sonra Xocalı faciəsinin canlı şahidləri Elmira Allahverdiyeva, Aynur Abışova, Sərvan Məmmədov və Samirə Hüseynova soyqırımın dəhşətləri barədə çıxış edərək faciənin unudulmaması üçün bu cür tədbirlərin əhəmiyyətli olduğunu qeyd ediblər.

Tədbirin yekununda “Xocalı soyqırımı: Qarabağ Universitetinin tələbələrinin gözü ilə” adlı virtual sərgi və “Unudulmayan ağrı, ucalan zəfər” adlı videoçarx nümayiş etdirilib.

1 /8

Şərhlər

Xəbər lenti

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

25 iyun, 15:49

“Sertifikatlaşdırma müəllimlərin məsuliyyətini daha da artırır”  

25 iyun, 15:31

Ən yüksək nəticə göstərən müəllim: Sertifikatlaşdırma özünü təkmilləşdirmə üçün faydalıdır

25 iyun, 15:30

Basketbol üzrə respublika birinciliyi keçirilib

25 iyun, 15:25

Naxçıvanın ən yüksək nəticə göstərən abituriyenti: “Ölkənin elmi inkişafında iştirak edəcəyəm"

25 iyun, 14:50

Media nümayəndələri sertifikasiya prosesini necə qiymətləndirirlər? – AÇIQLAMA

25 iyun, 14:45

Bir məktəb, min arzu: Həkim, müəllim, idmançı  - REPORTAJ

25 iyun, 13:16

Beyləqan məktəbinin daha bir müəllimi sertifikatlaşdırma imtahanında maksimal bal topladı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.