Bütün xəbərlər
15 noyabr, 09:55

Təhsil müəssisələrində təlim-tədris prosesinin keyfiyyəti və uşaqların təhlükəsizliyi, eləcə də onların sağlamlığı daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan payız-qış mövsümündə ümumi təhsil müəssisələrinin istilik təchizatı xüsusi əhəmiyyət kəsb edir.

Bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən açıqlamada qeyd olunub.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq məqsədilə təhsil müəssisələrinin istilik sistemləri və qazanxanalarının sazlığına nəzarət edilir. Müəssisələrin istilik təminatında yarana biləcək problemlərin əvvəlcədən müəyyən edilməsi və aradan qaldırılması üçün istilik sistemlərinin yoxlanması həyata keçirilib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində ümumilikdə 394 ümumi və 59 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil müəssisələrinin fasiləsiz şəkildə istiliklə təmin edilməsi üçün 2160.50 kubmetr odun artıq müəssisələrə təhvil verilib  və bu proses hazırda da davam edir. 

Yanacaq tədarükçüləri ilə təhsil müəssisələrinin istilik təminatına dair imzalanan müqavilələr əsasında yanacaq təchizatı həyata keçirilir. Yaranacaq xüsusi hallarla bağlı idarəyə daxil olan müraciətlər operativ şəkildə qeydiyyata alınır, təhlillər aparılır və müvafiq tədbirlər görülür.

Şərhlər

Xəbər lenti

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.