
“Hazırda Bakı şəhərində yerləşən 353 təhsil müəssisəsində kağız jurnallar ləğv edilib, şagirdlərin istər davamiyyəti, istərsə də nizam-intizamı ilə bağlı qeydlər tamamilə elektron platforma əsasında aparılır. Bu elektron platformada qiymətləndirmənin aparılmasının, ümumiyyətlə, şagirdlər haqqında bütün məlumatların toplanmasının bir çox üstünlükləri var”.
"Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Rəqəmsal idarəetmə sektorunun müdiri Fidan Nəcəfova Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində səsləndirib.
O qeyd edib ki, ən böyük üstünlük pedaqoji heyətin tədris üçün ayırmalı olduğu vaxtın daha da genişlənməsidir: “Çünki istər fənn müəllimləri, istərsə də sinif rəhbərləri kağız üzərində bir çox prosesləri qeyd edir və bunun nəticəsində xeyli iş yükü yaranırdı. Bu isə onların müəyyən qədər vaxtını alırdı. Təbii ki, elektron jurnal bizə imkan verir ki, 45 dəqiqə ərzində sinif otağında nə baş verdiyi ilə bağlı prosesi dərhal, dərs müddətində əldə edə bilək. Çünki burada hər bir şagird haqqında qeydlər aparmaq üçün xüsusi xanalar var və bu qeydlər dərs bitdikdən sonra günlük, həftəlik, aylıq hesabat şəklində müvafiq şəxslərə təqdim olunur, həmçinin analiz üçün müxtəlif imkanlar yaradır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər