Bütün xəbərlər
20 dekabr, 14:31

Müəllimlər şagirdləri ilhamlandırmaq və dərsə cəlb etməkdə mühüm rola malikdirlər. Buna yalnız dərsin məzmununun təqdimatı deyil, həmçinin çətinliklər qarşısında dayanıqlılıq nümayiş etdirmək və onların öz maraqlarını kəşf etməsinə kömək etmək də daxildir. Təbii ki, müəllimlər bunu təkbaşına edə bilməzlər. Burada valideynlər də özünəməxsus rola malikdirlər.

Şagirdlərin məktəbdən uzaqlaşmasının bir çox səbəbi var. Araşdırmalar göstərir ki, şagirdlərin əksəriyyəti məktəbəqədər təhsilə sevə-sevə başlasalar da, bu sevgi üçüncü sinifdə 75%-ə, 10-cu sinifdə isə cəmi 25%-ə enir. Aşağıda təqdim olunan strategiyalar vasitəsilə ibtidai və orta məktəblərdə şagirdlərin dərsə marağını artırmaq mümkündür:

Şagirdlərin məktəbdən uzaqlaşması tədricən baş verir ki, bunu müşahidə etmək də müəllim və valideynlər üçün çətin olur. Bəzən şagirdlər dərsdə iştirak edirmiş kimi görünə bilərlər. Məsələn, təlimatlara əməl edirlər, dərsi pozmurlar, amma əslində onlar bəzən məktəbə və öyrənməyə maraqlarını itirməyə başlayırlar.

Jurnalist Cenni Anderson və Amerikada fəlaiyyət göstərən Beynəlxalq Təhsil Mərkəzinin direktoru Rebekka Vintrop tərəfindən qələmə alınan “The Disengaged Teen" kitabında şagirdlərin məktəbə dörd əsas rejimdə maraq göstərdiyi qeyd olunur: “kəşfiyyatçı” ("explorer"), “uğur qazanan” ("achiever"), “sərnişin” ("passenger"), “müqavimətçi” ("resister"). Bunlardan agah olmaqla müəllimlər və valideynlər təlim-tədris prosesindən yayınmanı daha asanlıqla görə və şagirdlərin müəyyən bir rejimdə ilişib qalmaması üçün qabaqlayıcı tədbirlər görə bilərlər.

“Kəşfiyyatçı”lar daxili motivasiya ilə idarə olunur, onlar özləri üçün vacib olan sualları araşdırır və məqsədlərinə nail olmaq üçün əzmlə çalışırlar. Bu rejimdə olan şagirdlər dözümlülük və inkişaf üçün lazım olan bacarıqlar qazanır və tez-tez məktəbdə yüksək nəticə göstərirlər.

“Uğur qazanan”lar məktəbdə yüksək akademik nəticələr göstərirlər və öyrənməyə maraqlıdırlar, lakin onların özlərini yalnız uğurlarına görə qiymətləndirməsi risklidir. Bu, uğursuzluq qorxusuna və mümkün psixi sağlamlıq problemlərinə səbəb ola bilər. Onlara yeni çətinlikləri qəbul etmək və uğurlarından kənar dəyərlərini qiymətləndirmək üçün dəstək göstərmək lazımdır.

“Sərnişin”lər zahirən dərsə maraqlı görünə bilərlər, amma əslində minimum səviyyədə çalışırlar. Onlara məktəbi öz maraq, bacarıq və ehtiyacları ilə əlaqələndirmək üçün kömək lazımdır.

“Müqavimətçi”lər ən görünən yayınmış şagirdlərdir və tez-tez özlərini özgüvənsiz və ya görünməz hiss edirlər. Onlar bu vəziyyəti ev tapşırıqlarını etməmək, xəstəlik uydurmaq, dərsdən qaçmaq və ya nizamsız davranışlar vasitəsilə ifadə edirlər.

Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan rejimlər sabit kimliklər deyil və şagirdlər fərqli mühitlərdə fərqli rejimlərə keçə bilərlər. Bir şagirdin bir rejimdə ilişib qaldığını gördükdə, xüsusilə “müqavimətçi” və ya “sərnişin” rejimində olanlar üçün dəvətedici dil üslubundan istifadə edilməsi daha məqsədəuyğundur.

Müəllimlər şagirdlərin “kəşfiyyatçı” rejimdə daha çox vaxt keçirmələrinə imkan vermək üçün bir neçə kiçik dəyişiklik edə bilərlər. Bu dəyişikliklər yanaşmaya deyil, üsluba aiddir və Peru, ABŞ, Koreya kimi müxtəlif ölkələrdə uğurla sınaqdan keçirilib. Bu dəyişikliklərə aşağıdakılar daxildir:

- Əsaslandırılmış izahatların təqdim edilməsi. Müəllimlər öz qaydalarının, xahişlərinin və qoyduqları sinif qaydalarının səbəblərini izah etdikdə, bu, şagirdlərə həmin məsələnin məqsədini görməyə kömək edir və dərsə maraqlarını artırır. Hətta maraqlı olmayan və ya təkrarlanan tapşırıqlar üçün də bu qayda keçərlidir.

- Dəvətedici dil üslubundan istifadə edilməsi. Müəllimlər istiqamətləri daha çox “əmr və nəzarət” üslubundan dəvətedici üsluba dəyişdikdə, şagirdlər daha çox maraqlanır, motivasiyaları artır. Məsələn, “etməlisən”, “lazımdır”, “əks halda” ifadələri yerinə “edə bilərsiniz”, “təklif edə bilərəm”, “bəlkə, sınayasınız” kimi ifadələrdən istifadə edilə bilər.

- Seçim imkanlarının təqdim edilməsi. Müəllimlərin sinifdə şagirdlərə onların rahatlıqla idarə edə biləcəkləri seçimlər təqdim etməsi onların tapşırıqlara daha böyük maraq göstərməsinə şərait yaradır.

- Şagirdlərin fikirlərinin öyrənilməsi. Tədris prosesinin sonunda şagirdlərdən “Bu dərs haqqında aydınlaşdırmaq istədiyiniz hər hansı sual varmı?” kimi suallar soruşmaqla onların fikirlərini öyrənə bilərsiniz.

Dünya üzrə aparılan araşdırmalar göstərir ki, qayğıkeş valideynlərin evdə öyrənməyə həvəsləndirici yanaşmaları şagirdlərin motivasiyası və nailiyyətlərinə müsbət təsir göstərir. Müəllimlərin ailələrlə güclü, etibarlı münasibətlər qurmaları məktəbə marağın qarşısını alan problemləri müəyyən etmək və həll yollarını müzakirə etməkdə köməkçi vasitə ola bilər. Valideynlər də, öz növbəsində, uşaqlarının məktəbə marağını artırmaq üçün müsbət motivator qismində çıxış edə bilərlər.

1 /1

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.