Bütün xəbərlər
18 noyabr, 10:58

"Ənənəvi iş yerləri yüksək texnoloji və yaşıl işlərlə əvəz olunur, bu isə hökumətlərin insan resurslarının inkişafına xüsusi diqqət yetirməsini tələb edir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “İqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü” mövzusunda keçirilən birgə iclasda deyib.

Nazir qeyd edib ki, hökumətlər əhalinin tam məşğulluğunu təmin etməli, onlara ləyaqətli həyat və iş şəraiti yaratmalıdır. Bu, yaşıl bacarıqların təşviqi və inkişafı ilə mümkündür.

Onun sözlərinə görə, Azərbaycanın peşə təlim mərkəzlərində illik 16 min insan yeni bacarıqlara yiyələnir:

"Son iki ildə keçirilən 1600-dən çox kursda iştirak edənlərin “yaşıl” fəaliyyətlərə uyğun hazırlanması üçün yeni standartlar və kurikulumlar tətbiq olunub".

Nazir həmçinin ölkədə əmək bazarının və iqtisadi tələbatın uyğunlaşdırılması məqsədilə yaradılan “Əmək Bazarının Monitorinqi və Təhlili Mərkəzi”nin 5-10 illik planlar hazırladığını bildirib:

"Bu mərkəz iqtisadiyyatın və iş bazarının tələblərini təhlil edərək, təhsil sisteminə gələcək tələbatlarla bağlı tövsiyələr verir. Sürətlə dəyişən dünya yeni bacarıqların davamlı inkişafını tələb edir və ömürboyu təhsilin aktuallığı getdikcə daha da artır", - deyə nazir əlavə edib.

Xəbər lenti

5 fevral, 15:53

Elm və təhsil naziri Emin Əmrullayev sabah brifinq keçirəcək

5 fevral, 15:43

Özəl bağçalar davranış pozuntuları olan uşaqları uzaqlaşdırmağı çıxış yolu sayırlar - Mütəxəssis

5 fevral, 15:30

NASA: Yeni yanacaq texnologiyası ilə Marsa cəmi 45 günə gedilə bilər

5 fevral, 15:19

Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb

5 fevral, 15:11

Ayın iki nəhəng kanyonu 10 dəqiqədən az bir vaxtda formalaşıb

5 fevral, 14:52

Mil-Muğan regionunda 2 yeni məktəb binası istifadəyə veriləcək

5 fevral, 14:31

Mingəçevirdə dərs zamanı halı pisləşən məktəbli vəfat edib

5 fevral, 14:21

Şagirdlərin peşə bacarıqlarının inkişafında yaradıcı düşüncənin rolu

5 fevral, 14:06

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı konfrans başlayıb

5 fevral, 14:02

Keçmiş və müasirlik bir arada - Hənifə kənd məktəbində bir gün

5 fevral, 13:56

İdmanda gender ayrı-seçkiliyi yoxdur - Altıqat Azərbaycan çempionu 

5 fevral, 12:47

Eksternat imtahanlarının nəticələri bəlli olub

5 fevral, 11:48

"Azərbaycan məktəbi" jurnalı alim və tədqiqatçıları əməkdaşlığa dəvət edir

5 fevral, 11:30

Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi

5 fevral, 11:25

Fil Bati: Azərbaycan universitetləri öz tədqiqat fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırır

5 fevral, 11:02

Mingəçevir Gənclər Evində uğur və ilham dolu günlər - REPORTAJ

5 fevral, 10:51

İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir

5 fevral, 10:16

Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər

5 fevral, 10:09

Agentlikdə yeni təyinatlar olub

5 fevral, 10:05

BSU-da Tələbə Məşvərət Şurasının iclası keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.