Bütün xəbərlər
2 aprel, 10:40

“Azərbaycan müəllimi” qəzeti Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) ilə birgə həyata keçirdiyi “Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi” layihəsi çərçivəsində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadənin məqaləsini təqdim edir:

Yeniyetməlik yaşında, obrazlı desək, şagirdin ideal “Mən” axtarışına səyahəti başlayır. O real “Mən”i ilə sosial “Mən” arasındakı fərqlər müstəvisində hər gün ideal “Mən”ə bir addım yaxınlaşır. Axtarışlar onda özünütərbiyənin əsasının qoyulmasına kömək edir. Yeniyetməlik yaşında yaranan özünütərbiyə ideal “Mən”in axtarılması yolunun başlanğıcıdır. İnsanlar bu yolda mütəmadi olaraq “yol ayrıcları” ilə rastlaşırlar və seçim etməli olurlar. Seçim zamanı qəbul etdikləri qərarlar onları ya uğura və ya uğursuzluğa aparır. 

Nağıllarda bu yollar güzəran tərbiyəsi müstəvisində açıqlanır. Hətta bu gün psixoloji tədqiqatlarda insanın sirlərlə dolu dünyasının açılan səhifələrini xalq öz məişət həyatında çoxdan kəşf edib, onları sadəcə olaraq, dövrün inkişaf səviyyəsinə uyğun olaraq, bədii formada əks etdirib. Xalq yaradıcılıq nümunələrini fikirləşərək oxuyanda, hər şey açıq-aydın görünür. Bir fakta diqqət edək, nağıl qəhrəmanları çox hallarda yol ayrıcına gəlib çıxırlar. Bu yollardan biri uğura, digəri uğursuzluğa aparır. Bu yollardan biri çətin, biri rəvan olur. Adətən çətin yol nağıl qəhrəmanının bəxtinə düşür. O bu çətinliklərdən ağıl xəzinəsi, şəxsiyyət keyfiyyətləri və xarakteri ilə çıxır. Bir sıra hallarda nağıl qəhrəmanı müdrik bir qoca ilə rastlaşır. Bu qoca ona çətinliyin öhdəsindən gəlməyin yollarını göstərir. 

Bu gün də insanlar həyatları boyu “yol ayrıcları” ilə üz-üzə gəlirlər. İlk yol ayrıcı yeniyetməlik dövrünün payına düşür. Bu yolda o bəzən uğur, bəzən uğursuzluq ilə üz-üzə qalır. Uğur və ya uğursuzlar onun şəxsiyyət keyfiyyətlərinin və xarakterinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Hər bir insanın fəaliyyətində həm uğur, həm də uğursuzluqlar olur. Bu təbiidir, lakin insan həyatında uğurun, yoxsa uğursuzluqların hansının çox olması onun formalaşmasında həlledici rol oynayır. Onun özünənəzarət və özünüqiymətləndirmə səviyyəsi uğurlarının və ya uğursuzluqlarının çoxalmasını şərtləndirən amilə çevrilir. 

Psixoloqlar insanın eksternal və internal tiplərini ayırd edirlər. Bu tiplər yeniyetmənin özünənəzarət və özünüqiymətləndirmə keyfiyyətlərinin formalaşmasına və inkişafına təkan verir. Eksternal və internal tiplər bir-birindən müxtəlif sosial hadisələri şərh etmə üsulu ilə fərqlənirlər. Məsələn, eksternallar hər bir uğursuzluğun səbəbini başqa insanlarda axtardığı halda, internallar özlərində axtarırlar. Səbəbləri insan özündə axtaranda şəxsiyyət keyfiyyətləri və xarakteri onun uğursuzluqdan çıxmasına kömək edir, bu prosesdə yeniyetmənin iddiası səviyyəsi yüksəlir.    

Uğur və ya uğursuzluqların səbəblərini insanlar müxtəlif istiqamətlərdə axtarsalar da, psixoloqlar bu səbəbləri belə qruplaşdırırlar:
1. Qabiliyyətin olub-olmaması;
2. İnadkarlıq göstərib-göstərməməsi;
3. Tapşırığın çətin və ya asan olması;
4. İşinin düz gətirib-gətirməməsi.  

Birinci iki parametr daxili, sonrakı ikisi isə xarici səbəb kimi dəyərləndirilir. Şagird uğursuzluğunun səbəblərini başqa adamlarda axtaranda (məsələn, mənə çətin tapşırıq düşdü və ya bilərəkdən çətin tapşırıq verdilər, ona görə həll edə bilmədim) uğurların sayını çoxalda bilmir, özündə axtaranda inadkarlıq göstərib (mən bu çətinliyin öhdəsindən gələ bilərəm) uğurları çoxaltmaq mümkün olur. Belə hallarda onun inkişaf sürəti artır. 

Hər bir insanın müxtəlif qabiliyyətlərə malik olması fikri bu gün pedaqoji aksioma kimi səslənir. Uğursuzluqları fonunda şagirdin özünü qabiliyyətsiz sayması və bu fakta müəllimlərin laqeyd yanaşması onun inkişafının qarşısında elə sədd qoya bilir ki, bu səddi aradan qaldırmağa “Arximedin manivelası”nın belə gücü çatmaz. Buna görə də məhz uğursuzluq məqamlarında müəllim müdrik bir şəxs statusunda (nağıllarda olduğu kimi) şagirdin yanında olduqda, ona uğurlarını artırmaq üçün yeni şanslar yaratdıqda, şagirddə “Arximed manivela”sından güclü olan özünəinam hissini yarada bilir. Xüsusən yeniyetməlik dövründə hər bir şagirdin müəllimin fasilitatorluq fəaliyyətinə ehtiyacı vardır. Qabaqcıl müəllimlər məhz şagirdlərin uğursuzluqlarının azalmasında bu yola üstünlük veriblər və uğurlu nəticələr əldə ediblər.   

İnsanın inadkar olması da onun uğurlarının artmasının əsas səbəblərindən biridir. Müəllim şagirdin bu keyfiyyətini onun inkişafına yönəldə biləndə müdrik insan statusu əldə edir. Şagirdin özünə qaldıqda, o inadkarlıq kimi qiymətli keyfiyyəti “Axillisin dabanı” statusuna çevirərək, yoldaşları ilə boş-boş, heç bir mənası olmayan mübahisələrə “xərcləyə” bilər. Müəllim şagirdlə əməkdaşlıq edərək onun bu qiymətli “xəzinəsini” inkişafına istiqamətləndirə bilsə, görün hansı pedaqoji “möcüzələr” yarana bilər. Daha dəqiq ifadə etsək, şagirdin inadkarlığı onun təlim fəaliyyəti ilə bağlı daxili hərəkətverici qüvvəyə çevriləndə, şagirdə şəxsiyyətin və xarakterin inkişafı baxımından “ən yüksək zirvələri fəth etmək üçün qüdrət” vermiş olur. Yeniyetməlik dövründə müəllimin şagirdlərə belə münasibəti onların inamını artırır, onlar çətinlikdən qorxmur və daha çətin tapşırıqları həll etməyə başlayırlar. Bu onun iddia səviyyəsinin artma göstəricisidir. 

Məktəbdə müəllim daha çətin tapşırıqları həll etmək üçün şagirddə motivasiya yaradanda, obrazlı desək, “ayağa qalxmağın yolunu göstərəndə” insanı həyata hazırlamış olur. İnsan həyatda qarşılaşdığı çətinlikləri həll edəndə müəllimin əməyi öz bəhrəsini vermiş olur. Buna görə müəllimi böyük qüvvə adlandırırlar. Onun müdrikliyi yeniyetməlik dövründə şagirdin şəxsiyyət keyfiyyətlərinin və xarakterinin formalaşmasında “hava və su” kimi lazımdır. 

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.