
COP29 çərçivəsində 10 oktyabrda Təhsil İnstitutu və Bakı şəhər 129 nömrəli tam orta məktəbin birgə əməkdaşlığı ilə “Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” adlı elmi seminar təşkil olunub.
Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, seminar zamanı ARTİ əməkdaşları tərəfindən təhsilalanlar üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda maarifləndirici simulyasiya təlimi keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məhluqə Əzizova COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”ndə Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş tədbirlər planına uyğun məktəbdə təşkil olunan “Ekologiya ayı” çərçivəsində görülən işlər haqqında geniş məlumat verib.
ARTİ əməkdaşı Məhəbbət Paşayeva COP29-un Azərbaycan üçün iqtisadi, siyasi, ekoloji əhəmiyyətinə toxunub, iqlim dəyişikliyi ilə mübarizənin həlli yolları haqqında məruzə edərək gənc nəsildə ekoloji təfəkkürün, ekoloji mədəniyyətin vacibliyini qeyd edib.
ARTİ əməkdaşı Xalidə Hüseynova COP29-la bağlı təbii resurslardan düzgün istifadədən bəhs edərək təhsilalanlar üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda təqdimatla geniş çıxış edib. O qeyd edib ki, ölkəmiz beynəlxalq aləmdə enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini getdikcə möhkəmləndirməkdədir və bu sahədə yeni marşrutların qurulması, yeni resursların cəlb olunması dövlətimizin başçısı tərəfindən diqqətdə saxlanılan vacib məsələlərdəndir.
Tədbir şagirdlərin diskussiyası ilə davam edib, suallar cavablandırılıb və sonda videoçarx nümayiş etdirilib.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər