Bütün xəbərlər
17 mart, 15:59

Müəllimlər üçün “rəqəmsal bacarıqlar və innovativ tədris alətləri” mövzusunda təlim

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində təşkil edilən “Rəqəmsal Bacarıqlar və İnnovativ Tədris Alətləri” mövzusunda təlim, müasir təhsil çağırışlarına cavab verən və innovativ metodlarla dərs keçən müəllimlərin böyük bir qismini əhatə edərək, onların peşəkar inkişafına mühüm töhfə verir. Bu proqram, rəqəmsal təhsil resurslarından səmərəli istifadəni genişləndirmək, müəllimlərin pedaqoji yanaşmalarını yeni texnologiyalar əsasında təkmilləşdirmək və XXI əsrin tələblərinə uyğun interaktiv dərs metodlarını tətbiq etməyə imkan yaratmaq məqsədi daşıyır. Təlimin əsas məqsədi müəllimlərə müasir texnologiyalardan istifadə etməklə innovativ və interaktiv tədris metodlarını mənimsətmək, onların rəqəmsal savadlılığını artırmaq və süni intellekt dəstəyi ilə fərdiləşdirilmiş təhsil mühitlərinin qurulmasına dəstək olmaqdır. Burada müəllimlərin tədris prosesində rəqəmsal mühitin imkanlarından maksimum yararlanması, yeni pedaqoji strategiyaların sınaqdan keçirilməsi və interaktiv öyrənmə metodlarının tətbiqi əsas prioritetlərdəndir. Bundan əlavə, təlim çərçivəsində müəllimlərə rəqəmsal platformalardan istifadə qaydaları öyrədilir, onların birgə əməkdaşlıq vərdişləri formalaşdırılır, fayl idarəetməsi və bulud əsaslı iş proseslərinin effektiv şəkildə təşkili bacarıqları inkişaf etdirilir. Təlim müasir dövrün pedaqoji standartlarına uyğun olaraq müəllimlərin metodiki arsenalını zənginləşdirməklə yanaşı, təhsil keyfiyyətinin yüksəldilməsinə də mühüm töhfə verir.

Təlimin əsas məqsədlərindən biri də müəllimlərin texnoloji savadlılığının artırılması, onların innovativ pedaqoji yanaşmaları mənimsəmələrinə metodik kömək, eyni zamanda, tədris keyfiyyətini yüksəltmək və tələbələrlə daha effektiv ünsiyyət qurulmasına şəraitin yaradılmasıdır. Bu da müasir təhsil sistemində müəllimlərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək və XXI əsrin tələblərinə uyğun tədris strategiyalarını genişləndirmək baxımından əhəmiyyətli bir təşəbbüsdür.

Bu təlimin mühüm komponentləri sırasına xüsusi platformalar vasitəsilə dərsin keyfiyyətini yüksəltmək, tədris prosesinin fərdiləşdirilməsi, dərs planlarının hazırlanması və tələbələrin akademik nailiyyətlərinin daha çevik izlənməsi də daxil edilib. Belə ki, təlim çərçivəsində müəllimlər yalnız rəqəmsal alətlərin texniki imkanlarını öyrənməklə kifayətlənmir, həm də süni intellektin tədris prosesinə inteqrasiyası, eləcə də interaktiv və fərdiləşdirilmiş öyrənmə mühitlərinin yaradılması istiqamətində dərin biliklər əldə edirlər.

Təlim proqramı çərçivəsində müəllimlərə “Microsoft Copilot 365”, “LearningApps” və “Magic School AI” kimi qabaqcıl texnoloji həllərlə işləməyi öyrətməklə yanaşı, onların pedaqoji bacarıqlarını da təkmilləşdirir. Müəllimlər həmçinin interaktiv dərs planları hazırlamaq, tələbə iştirakını artırmaq və yeni metodlarla dərsləri daha dinamik və cəlbedici etmək üçün praktik fəaliyyətlərə cəlb olunurlar. Hər bir iştirakçının öz tədris etdiyi fənnə uyğun olaraq süni intellekt dəstəkli və innovativ tədris yanaşmalarını tətbiq etməklə əyani və onlayn formatda təşkil olunan təlimlər bütün təhsil pillələrində çalışan müəllimlər üçün nəzərdə tutulub. Təlimi uğurla başa vuran iştirakçılara sertifikat təqdim ediləcək.

Diqqətəlayiq məqamlardan biri də təlim prosesində müəllimlərin müxtəlif səviyyəli və interaktiv praktiki tapşırıqlar üzərində işləməsi, real dərs ssenariləri əsasında simulyasiyalara qatılması, həmçinin mentorluq proqramı çərçivəsində fərdi və qrup məşğələlərində iştirak etməsidir. Qeyd olunan yanaşmalar onların əldə etdikləri bilik və bacarıqlarının möhkəmləndirməsi, innovativ tədris metodlarını təcrübədə sınaması, qarşılaşa biləcəkləri çətinlikləri əvvəlcədən dəyərləndirərək həll yollarını müəyyən etməsi və nəticə etibarilə tədris prosesində daha effektiv tətbiq etmələrinə real imkan yaradır.

Qeyd edək ki, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 2024-2028-ci illər üzrə Strateji İnkişaf Planına uyğun olaraq, Riyaziyyat və informatika fənn birləşməsinin təşəbbüsü ilə təşkil edilən bu təlim müəllimlərin peşəkar inkişafı və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Seyid Nüşabə,

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin Riyaziyyat-İnformatika FBK-nın sədri

Şərhlər

Xəbər lenti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

17 oktyabr, 12:20

BŞTİ 274 nömrəli məktəbin şagirdi ilə bağlı hadisəyə münasibət bildirdi 

17 oktyabr, 12:12

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

17 oktyabr, 11:43

Kürdəmirdə yanğın olan bağçada tədris davam edir – RƏSMİ AÇIQLAMA

17 oktyabr, 11:32

Əcnəbi tələbələrə miqrasiya qaydaları izah olunub 

17 oktyabr, 11:25

Qayıdışın səsi məktəbdən gəlir: Füzulidən reportaj

17 oktyabr, 11:14

Bağçalarda oyuncaqlardan necə istifadə olunmalıdır?

17 oktyabr, 10:44

AzMİU-da Texnologiyaların Transferi Mərkəzinin yeni bölməsi yaradılıb

17 oktyabr, 10:31

Gürcüstanda ali təhsilin müddəti azaldılacaq

17 oktyabr, 10:02

MDU ilə Ankara Hacı Bayram Veli Universitetinin tədris proqramları uyğunlaşdırılacaq

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.