Bütün xəbərlər
25 sentyabr, 16:48

“Biz xarici tərəfdaşlarla birgə təhsil sahəsində müəyyən əlaqələr qurmağı bacarmışıq. İkili diplom proqramları, tələbə mobilliyi və digər sahələrdə irəliləyiş var, amma elmi sahədə beynəlxalq əlaqələrimiz hələ kifayət qədər inkişaf etməyib. Bu problem mövcuddur. Say artmış ola bilər, amma keyfiyyət və effektivlik istənilən səviyyədə deyil”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün “THE Avrasiya Universitetləri Sammiti” çərçivəsində təşkil edilən "ProQuest Central" akademik informasiya bazasının açılış mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova səsləndirib. O əlavə edib ki, bu sahəni inkişaf etdirmək vacibdir:

“Belə resurslara və alətlərə çıxış olmadan müasir dünyada rəqabət aparmaq çətinləşir və düşünürük ki, yeni imkanlar bunun üçün açar rolunu oynayacaq. Kollaborativ (bir necə müəllifin birgə yazdığı məqalə) məqalələrin sayı kifayət qədər deyil və bu sahədə fəaliyyətimizi artırmalıyıq. Digər tərəfdən, sənaye ilə müəssisələrin əməkdaşlığı nəticəsində ərsəyə gələn məqalələrin sayı ölkə üzrə cəmi 2,5%-dir ki, bu da çox aşağı göstəricidir. Burada da səylərimizi artırmalıyıq. Bu kimi imkanlar elmi məhsuldarlığın sayını xeyli artıracaq və ümid edirik ki, gələcəkdə sənaye ilə əməkdaşlıq edən müəssisələrin sayı artacaq”.

Agentlik rəhbərinin sözlərinə görə, uzun illərdir “Clarivate” ilə əməkdaşlıq edilir. Əsas məqsəd alimlərimizin yüksəkkeyfiyyətli elmi nailiyyətlər əldə etməsinə imkan yaratmaqdır:

“Biz düşünürük ki, belə bazalara çıxışın hamı üçün əlçatan olması vacibdir. Nəzərinizə çatdırım ki, son illər ərzində bu imkanlar artıb. Keyfiyyətli elmi məhsulumuzun sayı əhəmiyyətli dərəcədə artıb. Yəni son 3 il ərzində Q1 və Q2 kateqoriyalarında olan məqalələrin sayı 65%-dən 2025-ci ildə 77%-ə çatıb. Beləliklə, Azərbaycan həm kəmiyyət, həm də keyfiyyət üzrə regionun lideridir”.

Şərhlər

Xəbər lenti

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.