Bütün xəbərlər
16 yanvar, 16:11

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetləri ilə bərabərhüquqlu tərəfdaş olmaq istiqamətində əməkdaşlıqlarını daha da genişləndirir. Bu istiqamətdə növbəti addım Böyük Britaniyanın De Montfort Universiteti ilə olub.

Bu barədə “Azərbaycan müəllimi”nə UNEC-dən məlumat verilib.

Bildirilib ki, UNEC-də işgüzar səfərdə olan Böyük Britaniyanın De Montfort Universitetinin nümayəndələri öncə universitetin infrastrukturu və tədris proqramları ilə tanış olublar.

Universitetlə tanışlıqdan sonra britaniyalı nümayəndələrin UNEC rektoru professor Ədalət Muradovla görüşü keçirilib. UNEC-in beynəlxalq standartlara uyğun fəaliyyətini yüksək qiymətləndirən xarici qonaqlar, bu ali təhsil müəssisəsi ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər. Görüşdə hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətlərində müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq, rektor prof. Ədalət Muradov ilə De Montforte Universitetinin nümayəndəsi, Transmilli təhsil üzrə direktor Neil Hart arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandumda müəllim-tələbə mübadiləsi, elmi tədqiqatla bağlı simpoziumların və konfransların təşkili, innovativ tədris və idarəetmə metodlarının mübadiləsi, birgə elmi və metodik nəşrlərin hazırlanması, ikili diplom, birgə magistr və bakalavr, eləcə də mini MBA proqramlarının reallaşdırılması nəzərdə tutulub.

Eyni zamanda, memorandumda ilk dəfə olaraq, ənənəvi əməkdaşlıqla yanaşı, ömürboyu təhsil, inklüziv təhsil, ətraf mühitin menecmenti, ortaq proqram və ortaq fakültənin yaradılması ilə bağlı əməkdaşlıq da öz əksini tapıb.

1 /4

Şərhlər

Xəbər lenti

2 avqust, 11:19

Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlər bunu necə düzəldə bilərlər?

2 avqust, 11:16

Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərin alternativ seçim imkanı olacaq? — RƏSMİ CAVAB

2 avqust, 11:13

Nurlan İsmayılbəyli: “Faktiki yaşayış yeri” meyarının tətbiqi digər bölgələrə seçimi məhdudlaşdırılmır

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.