Bütün xəbərlər
27 may, 09:50

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə Rəqəmsal İqtisadiyyat fakültəsində IV Proqramlaşdırma Olimpiadası təşkil olunub.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, fakültənin dekan müavini Ramal Cabbarovun iştirakı və komanda üzvlərinin dəstəyi ilə baş tutan yarışda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində təhsil alan tələbələr öz bilik və bacarıqlarını sınayıblar. Eyni zamanda nəzəri bilikləri ilə yanaşı, həm də komanda işini nümayiş etdiriblər.

Yarışda qonaq qismində iştirak edən Ramiz Şükürov, Tural Aslanlı və gənc müəllimlərdən Aslan Talıbov, Elvin Fətəliyev gənc proqramçılara motivasiya dəstəyi göstəriblər.

Tələbələrin böyük həvəslə yarışdıqları olimpiadada I yerin qalibi “İnformasiya təhlükəsizliyi (ingilis bölməsi)” ixtisasının 1-ci kurs tələbəsi Akif Əliyev olub. II yeri “Kompüter elmləri” ixtisasının 1-ci kurs tələbəsi Emin Həziyev, III yeri “Kompüter elmləri” ixtisasının 1-ci kurs tələbəsi Behbud Behbudov qazanıb.

Yarışın sonunda fərqlənən iştirakçılar diplom və hədiyyələrlə təltif olunublar.

1 /11

Şərhlər

Xəbər lenti

29 may, 10:40

İctimai Şuranın üzvləri valideynlərlə görüşüblər

29 may, 10:34

Şəxsiyyət keyfiyyətlərinin və xarakterin formalaşma mərhələləri (III məqalə)

29 may, 10:27

Qabiliyyət imtahanlarına qeydiyyat sona yaxınlaşır

29 may, 10:21

İyunun 1-də 45 mindən çox abituriyent imtahan verəcək

29 may, 10:16

Azərbaycan və Özbəkistan arasında Birinci Rektorlar Forumu baş tutub

29 may, 10:07

Bakıda SABAH İncəsənət Festivalı keçiriləcək

29 may, 09:04

Lisey və gimnaziyalara qəbulla bağlı növbəti AÇIQLAMA

28 may, 16:37

“Bilbacar” müsabiqəsinin birinci mərhələsi başa çatdı

28 may, 09:25

BSU-da II karyera yarmarkası keçirilib

28 may, 09:18

28 May və maarifçilik: gələcəyin yolu keçmişdən keçir

28 may, 08:42

Azərbaycan Xalq Cümhuriyyətinin ən dəyərli mirası

27 may, 21:21

Gələcək müəllimləri buraya nə gətirir? - “Dəstək mərkəz”indən REPORTAJ

27 may, 20:23

Məcburi köçkün məktəbləri üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib

27 may, 18:51

Lisey və gimnaziyalara qəbulla bağlı RƏSMİ AÇIQLAMA

27 may, 18:30

Universitet–məktəb əməkdaşlığı: təcrübə və örnəklər

27 may, 18:00

Riyaziyyatçı alimin məqaləsi beynəlxalq jurnalda çap olunub

27 may, 16:45

Gənclərin ixtisas dilemması: Kim olmaq istəyirsən?

27 may, 16:25

Zorakılığı tərbiyə vasitəsi kimi qəbul etmək olarmı?

27 may, 16:03

III “Maarifçi” tələbə-məzun təcrübə proqramının nəticələri elan olunub

27 may, 15:51

“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı işlər hansı mərhələdədir? – Millət vəkili açıqladı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.