
“"Rəqəmsal məktəb" platformasını yaratmağımızın əsas səbəbi valideynlərin məktəbə fiziki gəlmələrinin qarşısını almaq, məktəblə kommunikasiya imkanlarını azaltmaq deyil. Əksinə, onlar üçün üstünlüklər yaratmaq məqsədilə valideyn profili yaradılıb”.
"Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Rəqəmsal idarəetmə sektorunun müdiri Fidan Nəcəfova Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində səsləndirib.
O bildirib ki, burada valideynlər direktorun elektron formada qəbuluna yazıla bilirlər: “Amma bu, onların məktəbə fiziki gəlməsinə maneə yaratmır. Bu, sadəcə o valideynlər üçündür ki, məktəbə gəlməkdə çətinlik çəkirlər və ya gələcəkləri vaxtı əvvəlcədən müəyyənləşdirmək istəyirlər. Bu da onlar üçün əlavə üstünlük, əlavə bir funksionallıqdır. Məqsəd məktəblə kommunikasiya prosesini daha da rahatlaşdırmaqdır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər