Bütün xəbərlər
3 dekabr, 16:56

İxtisasların təsnifatı magistratura və rezidentura səviyyələri üzrə 2011-ci ildə, bakalavriat səviyyəsi üzrə isə 2019-cu ildə təsdiqlənib. 2019-cu ildə bakalavriat səviyyəsi üzrə təsdiqlənmiş təsnifata əsasən qəbul olan tələbələrin məzun olduqda təhsillərini davam etdirmələri üçün magistratura səviyyəsində də təsnifatın uyğunlaşdırılması zərurəti yaranıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev bildirib.

O qeyd edib ki, bu səbəbdən müxtəlif səviyyələr üzrə ixtisasların cari təsnifatını yenidən işləyərək vahid qərarda təsdiqləmə zərurəti yaranıb. Nəticədə vahid qərarla dörd təhsil səviyyəsi əhatə olunmuş və təsnifatların cədvəlləri təsdiq edilib. Təsdiq edilən təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas (“Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları”) təsnifata əlavə olunub. Eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib. 

Bundan əlavə, magistratura və rezidentura səviyyələrində ixtisaslaşmaların siyahısında əmək bazarının tələbələrinə uyğun daha çevik dəyişikliklər etmək məqsədilə hər bir ixtisasa aid olan ixtisaslaşmalar təsnifatdan çıxarılıb və yeni təsnifat yalnız ixtisaslar üzrə tərtib edilib. Məhz bu səbəbdən təsnifatların təsdiqindən irəli gələrək Nazirlər Kabinetinin bir neçə qərarında, o cümlədən “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları”nda, “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”nda müəyyən dəyişiklik edilib.

Dəyişikliyə əsasən rezidentura və magistratura səviyyələrində hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunacaq.

Digər yenilik isə magistratura səviyyəsi üzrə təsnifatda təhsil ixtisaslarının bir ixtisas (“Pedaqogika”) altında ixtisaslaşma olaraq verilməsidir. 

“Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda isə 21 ixtisas ləğv edilib, 8 yeni ixtisas təsnifata əlavə olunub və 8 ixtisasın adı dəyişdirilib.

Şərhlər

Xəbər lenti

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

25 iyun, 15:49

“Sertifikatlaşdırma müəllimlərin məsuliyyətini daha da artırır”  

25 iyun, 15:31

Ən yüksək nəticə göstərən müəllim: Sertifikatlaşdırma özünü təkmilləşdirmə üçün faydalıdır

25 iyun, 15:30

Basketbol üzrə respublika birinciliyi keçirilib

25 iyun, 15:25

Naxçıvanın ən yüksək nəticə göstərən abituriyenti: “Ölkənin elmi inkişafında iştirak edəcəyəm"

25 iyun, 14:50

Media nümayəndələri sertifikasiya prosesini necə qiymətləndirirlər? – AÇIQLAMA

25 iyun, 14:45

Bir məktəb, min arzu: Həkim, müəllim, idmançı  - REPORTAJ

25 iyun, 13:16

Beyləqan məktəbinin daha bir müəllimi sertifikatlaşdırma imtahanında maksimal bal topladı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.