Nəzakət Mehdiyeva: Bütün fənn müəllimləri eyni meyarlar əsasında sertifikatlaşdırmadan keçəcəklər

28 Fevral, 2025 - 16:22
Nəzakət Mehdiyeva: Bütün fənn müəllimləri eyni meyarlar əsasında sertifikatlaşdırmadan keçəcəklər
Nəzakət Mehdiyeva: Bütün fənn müəllimləri eyni meyarlar əsasında sertifikatlaşdırmadan keçəcəklər

“Hazırda sertifikatlaşdırmanın birinci dövrüdür. Bütün müəllimlər bu prosesə cəlb olunduqdan sonra hansısa formada dəyişikliklər ola bilər. Amma bütün fənn müəllimləri metodik və pedaqoji cəhətdən eyni meyarlar əsasında sertifikatlaşdırmadan keçəcəklər”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva sertifikatlaşdırma prosesi ilə bağlı danışarkən deyib.  

O bildirib ki, sertifikatlaşdırmanın ilkin mərhələsi başa çatandan sonra hökumət hansısa yeniliklərlə bağlı qərarlar verə bilər.

N.Mehdiyeva deyib ki, əvvəl olduğu kimi, yenə də sertifikatlaşdırma öncəsi müəllimlər üçün sınaq imtahanları təşkil ediləcək.