Nihat Məcidov: Alimlərə patentləşmədə dəstək göstəriləcək

17 Aprel, 2026 - 12:25
Nihat Məcidov: Alimlərə patentləşmədə dəstək göstəriləcək

“SABAHcity” çərçivəsində innovasiya və texnologiya transferi layihəsinin icrasının əsas məqsədi Azərbaycan alimləri ilə ölkə iqtisadiyyatı arasında körpü yaratmaqdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov Təhsil TV-yə müsahibəsində deyib. 

O qeyd edib ki, yaxın gələcəkdə bu layihələrin icrasına start veriləcək: “Artıq ilk pilot layihələr həyata keçirilib, lakin təşəbbüsün daha geniş miqyasda tətbiqi planlaşdırılır”.

Baş icraçı direktor bildirib ki, texnologiya transferi layihəsi çərçivəsində alimlərə maliyyələşmə imkanlarına çıxışın təmin olunması, sənaye ilə əlaqələrin qurulması və patentləşmə prosesində dəstək göstəriləcək.

O əlavə edib ki, eyni zamanda ofis və infrastruktur təminatı istiqamətində də dəstək veriləcək. Məqsəd elmi fəaliyyətin kommersiyalaşdırılmasına töhfə vermək və innovativ ideyaların real iqtisadi dəyərə çevrilməsini təmin etməkdir.