Nüfuzlu universitetin dosenti SABAH tələbələrinə master-klas keçib
Budapeşt Korvinus Universitetinin Maliyyə İnstitutunun rəhbəri və Maliyyə kafedrasının dosenti Dr. Kata Varadi oktyabr ayının son həftəsində Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) səfər edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində dr. Varadi SABAH qruplarının tələbələri üçün aşağıdakı mövzularda maraqlı və interaktiv master-klaslar keçib:
– "Biodiversity Finance" (Biomüxtəlifliyin maliyyə modelləri)
– "Derivatives" (Törəmə alətlər)
– "Business Valuation" (Biznesin qiymətləndirilməsi)
Bu görüş tələbələrə beynəlxalq təcrübədən faydalanmaq, maliyyə sahəsində müasir yanaşmaları öyrənmək və praktik biliklərini artırmaq imkanı yaradıb.
 

 
                         
                         
                         
                        

 
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                    

 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                            