Ömürboyu təhsildə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə məlumatlandırma sessiyası keçirilib
11 oktyabrda ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin əməkdaşı Gülnar Tahirli tərəfindən Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllim-tələbə heyəti üçün ömürboyu təhsildə üzrə məlumatlandırma sessiyası keçirilib.
Bu barədə “Azərbaycan müəllimi”nə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, infosessiya zamanı milli kvalifikasiya çərçivələrinin mahiyyəti, əhəmiyyəti, ömürboyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsi və Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsi (AzMKÇ) barəsində iştirakçılara məlumat verilib. Eyni zamanda AzMKÇ-nin məqsədləri, səviyyələri, səviyyə deskriptorları, Avropa ali təhsil məkanında kvalifikasiyaların müqayisəsi və təsnifatı, müasir və ənənəvi kvalifikasiyaların fərqləri haqqında ətraflı müzakirələr aparılıb.
İnfosessiya tədbir iştirakçılarını maraqlandıran sualların cavablandırılması ilə davam edib.


