Onların da fəaliyyəti qiymətləndiriləcək – Normativ sənədlər hazırlanıb

12 Fevral, 2025 - 10:59
Onların da fəaliyyəti qiymətləndiriləcək – Normativ sənədlər hazırlanıb
Onların da fəaliyyəti qiymətləndiriləcək – Normativ sənədlər hazırlanıb

“Məktəbdənkənar təhsil müəssisələrinə həm işə qəbul qaydaları, həm də onların peşəkar fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı bir neçə normativ sənəd hazırlanıb və aidiyyəti qurumlara təqdim edilib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda təşkil edilən respublika konfransında çıxışı zamanı deyib.

O bildirib ki, məktəbdənkənar təhsil bütün təhsil pillələrində təşkil olunmalı və bütün uşaqlar üçün əlçatan olmalıdır:

“Bu, yalnız məhdud sayda idman və ya yaradıcılıq mərkəzlərində həyata keçirilməməlidir. Buna görə də əsas hədəfimiz bu təhsil pilləsindən faydalanan uşaqların sayını və əhatə dairəsini artırmaqdır. Bu sahədə vətəndaşlar və ailələr üçün əlçatanlığı artırmaq məqsədilə sistemin elektronlaşdırılması da bu məqsədə çatmaq üçün atılan ilkin addımlardan biri kimi qiymətləndirilə bilər”.