Ötən ay Elm və Təhsil Nazirliyinə 24 minə yaxın müraciət daxil olub

2 Dekabr, 2025 - 16:10
Ötən ay Elm və Təhsil Nazirliyinə 24 minə yaxın müraciət daxil olub

Noyabrın 16-dan 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 23 610 vətəndaş müraciəti daxil olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, müraciətlərin 14 006-sı çağrı mərkəzləri, 5 161-i elektron, 1103-ü  isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 340 müraciət qeydə alınıb.

Müraciətlər şagirdlərin elektron yerdəyişməsi, eksternat imtahanı, xarici diplomların təsdiqi, direktorların işə qəbulu imtahanları, “Rəqəmsal məktəb” və digər məsələlərlə bağlı olub.