Ötən il ləğv edilmiş, yeni yaradılmış və təyinatı dəyişdirilmiş məktəblər - SİYAHI

14 Mart, 2025 - 10:58
Ötən il ləğv edilmiş, yeni yaradılmış və təyinatı dəyişdirilmiş məktəblər - SİYAHI
Ötən il ləğv edilmiş, yeni yaradılmış və təyinatı dəyişdirilmiş məktəblər - SİYAHI

2024-cü il ərzində ümumi təhsil müəssisələrinin yaradılması, tipinin dəyişdirilməsi və ləğv edilməsi istiqamətində bir sıra addımlar atılmışdır.

"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında ümumi məlumat öz əksini tapıb.

Yeni yaradılan məktəblər:

- Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində: 292, 333, 334, 335, 337 nömrəli tam orta məktəblər;
- Abşeron-Xızı Xırdalan Regional Təhsil İdarəsinin tabeliyində: Xırdalan şəhər 11 nömrəli tam orta məktəb;
- Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində: Şəmkir rayonu Günəşli kənd tam orta məktəb;
- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində: Samux rayonu Seyidlər kənd tam orta məktəb.

Tipi dəyişdirilən məktəblər:

- Qazax-Tovuz Regional Təhsil İdarəsi: Tovuz şəhəri M.Ələkbərov adına tam orta məktəb Fizika, riyaziyyat və informatika təmayüllü məktəbə çevrilib;
- Mil-Muğan Regional Təhsil İdarəsi: Beyləqan şəhəri 8 nömrəli tam orta məktəb Humanitar fənlər təmayüllü liseyə çevrilib.

Ləğv edilmiş məktəblər:

- Quba-Xaçmaz Regional Təhsil İdarəsi: Qusar rayonu, Çərtgün kənd ibtidai məktəbi;
- Qarabağ Regional Təhsil İdarəsi: Şuşa şəhəri 6 nömrəli tam orta məktəb, Xocalı rayonu 2 nömrəli tam orta məktəb, Ağdam rayonu 149 nömrəli tam orta məktəb.

Ümumilikdə, 2024-cü ildə 39 məktəb ləğv edilmiş, 25 yeni məktəb yaradılmış və 4 məktəbin təyinatı dəyişdirilmişdir.