Ötən il təhsildən yayınan 81 uşaq təhsilə cəlb edilib

13 Fevral, 2026 - 14:49
Ötən il təhsildən yayınan 81 uşaq təhsilə cəlb edilib

“2025-ci il ərzində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin xidmətlərindən bəhrələnənlərin sayı 29 min 746 nəfər olub”. 

"Azərbaycan müəllimi" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2025-ci ildə Komitənin fəaliyyətinin yekunlarına dair tədbirdə bildirib. 

O qeyd edib ki, mərkəzlərə 1888 müraciət daxil olub: “UADM əməkdaşları tərəfindən 1159 ailəyə səfər edilib. Bu səfərlərin 560-ı təhsildən yayınma, erkən evlilik, məişət zorakılığı, ailə mübahisələri, uşaqla ünsiyyət, qəyyumluq və himayə məsələləri ilə bağlı olub. Həmçinin erkən evlilik faktları üzrə 36 ailəyə səfər edilib, 22 halın qarşısı alınıb, 81 uşaq təhsilə cəlb edilib”.