Övladının məktəbini dəyişmək istəyən valideynlərin DİQQƏTİNƏ!
13 yanvar 2026-cı il saat 15:00-dək şagirdlərin elektron yerdəyişməsi üzrə təsdiqlənmiş sorğulara aid tələb olunan sənədlər müvafiq ümumi təhsil müəssisələrinə təqdim edilməlidir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, müəyyən edilmiş vaxtadək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.
Qeyd edək ki, 8 yanvar saat 15:00-dan etibarən 2025–2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb.



