Oxuyub-anlama bacarığının inkişafına daha çox yer verilməlidir - Nazir

14 Sentyabr, 2026 - 16:23
Oxuyub-anlama bacarığının inkişafına daha çox yer verilməlidir - Nazir

“Oxuyub-anlama bacarığının aşağı olması o demək deyil ki, insan oxuduğunu anlamır. Bu o deməkdir ki, insan ona tanış olmayan mühitdə oxuduğu və dinlədiyi məlumatı tam anlamır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Nazir bildirib ki, bunun əsas səbəblərindən biri bu istiqamətdə məzmunda daha az yer verilməsidir: “Oxuyub-anlama bacarığının inkişafı üçün tədrisin məzmununda bu istiqamətə daha çox yer verilməli, müəllimlər bu istiqamətə daha çox diqqət yetirməlidirlər. Həmçinin şagirdlərin oxuyub-anlama bacarığını daha çox ölçməyə ehtiyac var”, – deyə nazir bildirib.