Həvəskar Riyaziyyatçılar Klubuna üzv olmaq istəyənlərin NƏZƏRİNƏ

30 Oktyabr, 2025 - 21:57
30 Oktyabr, 2025 - 22:39
 0  4
Həvəskar Riyaziyyatçılar Klubuna üzv olmaq istəyənlərin NƏZƏRİNƏ

Riyaziyyat və əlaqəli ixtisaslarda təhsil alan tələbələr, həmçinin bütün riyaziyyat sevərlər əyləncəli və maarifləndirici platforma olan "PathtoMath" klubuna üzv olaraq riyazi dünyanı birlikdə kəşf etməyə dəvət edilirlər.

"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü və "BirKönüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə "PathtoMath" - Həvəskar Riyaziyyatçılar Klubunun yaranmasında əsas məqsəd riyaziyyat və əlaqəli ixtisaslarda təhsil alan tələbələrin və həvəskarların auditoriyadankənar riyazi bilik və bacarıqlarının inkişaf etdirilməsi, şəbəkələşmə və əməkdaşlıq imkanlarının artırılaraq riyaziyyat sahəsinə töhfə verməkdir.

Klub çərçivəsində görüləcək işlər:

-Riyaziyyat sevərlərin bir məkanda toplanması, tələbələr arasında şəbəkələşmə.

- Açıq müzakirə ilə mövzuları daha yaxşı mənimsəmək.

- Ali riyaziyyata olan maraq və həvəsin artırılması.

- Asudə vaxtların səmərəli keçirilməsi.

- Komandada işləmə bacarıqlarının inkişaf etdirilməsi və s.