Paytaxt məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ!

25 Avqust, 2026 - 13:02
Paytaxt məktəblərində işləmək istəyənlərin

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinə start verilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, müsabiqə qeydiyyat və müsahibə mərhələsindən ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 25 avqust saat 12:00-dan 28 avqust saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməklə yanaşı, aşağıda qeyd olunan sənədləri 28 avqust 2026-cı il tarixindən gec olmayaraq irs@baku.edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;
- Əmək kitabçasının surəti.
Müraciət etmək istəyən şəxslər qeyd olunan linkə daxil olaraq vakansiyalarla tanış ola bilərlər.