Paytaxt məktəbliləri idman yarışlarında 4 168 medal qazanıb
Təqvim ili ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 1614 qızıl, 1026 gümüş, 917 bürünc olmaqla, 3557 medal əldə ediblər.
BŞTİ-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, bundan əlavə, idarənin tabeliyində fəaliyyət göstərən 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin üzvləri 2025-ci təqvim ili ərzində 54 yerli yarışda iştirak edərək 515 medal, (176 qızıl, 136 gümüş, 203 bürünc), 33 beynəlxalq yarışda iştirak edərək 96 medal (35 qızıl, 16 gümüş, 45 bürünc) qazanıb.


