Paytaxtda məktəb təmiri üçün vəsait toplanılması məsələsi araşdırılacaq – AÇIQLAMA

9 Sentyabr, 2025 - 12:06
Paytaxtda məktəb təmiri üçün vəsait toplanılması məsələsi araşdırılacaq – AÇIQLAMA
Paytaxtda məktəb təmiri üçün vəsait toplanılması məsələsi araşdırılacaq – AÇIQLAMA

Paytaxtdakı 38 nömrəli tam orta məktəbdə sinif otaqlarının təmiri ilə əlaqədar vəsait toplanması barədə məlumatlar yayılıb.

"Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, məsələ Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılacaq.

Qeyd olunub ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.