Pedaqoji Universitetdə “Lütfi Zadə adına adlı təqaüd” təsis olunub
Pedaqoji Universitetdə “İnformatika müəllimliyi” ixtisasının tələbələri üçün “Lütfi Zadə adına adlı təqaüd” təsis olunub.
Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bununla da ADPU-dakı adlı təqaüdlərin sayı 14-ə çatıb.
Bu haqda Pedaqoji Universitetin Elmi Şurasının yeni tədris ili üçün ilk iclasında qərar qəbul olunub.


