PISA irəliləyiş və ya geriləməni ölçmək üçün mühüm göstəricidir – Elnur Əliyev
"Azərbaycanda məktəbəqədər təhsilin əhatəsinin 50 faizə çatdırılması nəzərdə tutulur".
“Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən strategiya 2022-ci ildə təsdiqləndikdən sonra növbəti 5 il üçün əsas strateji fəaliyyət istiqamətləri və onların nəticələrinin ölçülməsi müəyyənləşdirilib:
"Təhsil sistemi ilə bağlı əsas strateji hədəflərdən biri məktəbəqədər təhsilin əhatəsinin artırılması olub. Hədəfimiz məktəbəqədər təhsilin əhatəsini 30-35 faizdən 50 faizə çatdırmaqdır".
Müşavir qeyd edib ki, ümumi təhsil üzrə əsas hədəflərdən biri isə PISA nəticələrinin yaxşılaşdırılmasıdır:
"PISA ölkənin təhsil sistemində vəziyyətin necə olduğunu, irəliləyişin və ya geriləmənin olub-olmadığını ölçmək üçün mühüm göstəricidir"




