Prezident: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək

21 Avqust, 2025 - 12:26
Prezident: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Prezident: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək

İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar.

“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə bildirib.

Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə - çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda - müxtəlif yerlərdə yaşamısınız, həyatınız çox ağır olub.