Prezident İlham Əliyev gələn ilin dövlət büdcəsini təsdiqləyib

27 Dekabr, 2024 - 10:30
Prezident İlham Əliyev gələn ilin dövlət büdcəsini təsdiqləyib
Prezident İlham Əliyev gələn ilin dövlət büdcəsini təsdiqləyib

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun təsdiqlənib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Qanuna əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat olacaq. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3% çoxdur.

Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 367,6 milyon manat, 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 4,1 % çox olacaq.