Prezident İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb

19 İyul, 2025 - 19:06
Prezident İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb
Prezident İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb

Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu adət-ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, daha çox coğrafi əhatə var.

“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Dövlətimizin başçısı bildirib: “Bütün bunlar göstərir ki, açıq müzakirələrə böyük ehtiyac var, müzakirələr açıq mühitdə aparılmalıdır. Biz nəinki media icmasının gündəliyinə, o cümlədən qlobal gündəliyə aid məsələləri müzakirə etməliyik”.