Professor İrfan Ərdoğan ADPU-da ustad dərsi keçib

7 Noyabr, 2025 - 09:50

Noyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, eləcə də akademik heyətin peşəkar inkişafını dəstəkləmək məqsədilə təhsil idarəetməsi üzrə tanınmış Türkiyəli alim, Boğaziçi Universitetinin professoru İrfan Ərdoğanın Təhsil menecmenti kafedrasının əməkdaşları üçün ustad dərsi təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, ustad dərsindən əvvəl ADPU-nun rektoru professor Cəfər Cəfərov prof. İrfan Ərdoğanı qəbul edib. Görüşdə təhsilin təşkili və idarə olunması üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonra görüş ADPU-nun Təhsil menecmenti kafedrasında davam etdirilib. Kafedra müdiri dosent İsrayıl İsgəndərov qonağı salamlayaraq kafedranın fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirilib ki, kafedra tərəfindən magistratura səviyyəsində təhsilin idarə olunması ixtisaslaşmaları üzrə kadr hazırlığı həyata keçirilir.

Daha sonra prof. İrfan Ərdoğan “Qlobal təhsil çağırışları” mövzusunda ustad dərsi ilə çıxış edib. Türkiyəli professor çıxışında qeyd edib ki, sürətli inkişaf dövründə hər şeyin dinamik dəyişməsi ilə təhsil və xüsusən təhsilin idarə olunması sahəsində, tədris planlarında aparılan dəyişikliklərdə bir neçə təməl məsələlərə diqqət ayrılmalıdır. Bunlardan ən önəmlisi digər sahələrə nisbətdə dəyişikliyə daha az açıq olan təhsil və təhsil idarəçiliyi elminin nəzəri əsaslarının yetərincə tədris olunması çox önəmlidir.

Ustad dərsi kafedranın müəllimlərini maraqlandıran sualların müzakirəsi ilə davam etdirilib.