Qarabağ Universitetində İstanbul Texniki Universitetinin bölmələri açılacaq

27 Avqust, 2026 - 09:29
Qarabağ Universitetində İstanbul Texniki Universitetinin bölmələri açılacaq

Qarabağ Universitetinin tərkibində İstanbul Texniki Universitetinin (İTU) akademik bölmələri açılacaq.

“Azərbaycan müəllimi” "Resmi Gazete"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Qərara əsasən, Qarabağ Universitetində İstanbul Texniki Universitetinin (İTU) rektorluğuna bağlı olaraq akademik bölmələr yaradılacaq.

Qərarda tənzimləmənin 2547 saylı Ali Təhsil Qanununun əlavə 39-cu maddəsinə əsasən qəbul edildiyi bildirilib.