Qarabağ Universitetinə 600-dən çox balla qəbul olanların sayı 2 dəfə artıb

25 Avqust, 2026 - 14:33
Qarabağ Universitetinə 600-dən çox balla qəbul olanların sayı 2 dəfə artıb

2026/2027-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinə əsasən, 600-dən çox bal toplayan 196 abituriyent Qarabağ Universitetinin tələbəsi adını qazanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu, 2024/2025-ci tədris ili ilə müqayisədə təxminən 2 dəfə, 2025/2026-cı tədris ili ilə müqayisədə isə təxminən 1,5 dəfə artım deməkdir.