Qarabağ Universitetinə yüksək balla daxil olanların sayı artıb

14 Sentyabr, 2026 - 15:31
Qarabağ Universitetinə yüksək balla daxil olanların sayı artıb

Qarabağ Universitetinə 49 ixtisas üzrə 1 235 tələbə qəbul olunub ki, onların yarısı 500 və daha yüksək balla qəbul olunanlardır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib. 

Nazir bildirib ki, Qarabağ Universitetinə qəbul olunan 603 nəfər 500 baldan yuxarı toplayıb. Ötən il bu say 269 nəfər idi:

“Qarabağ Universitetinə qəbul olunanların 60 faizindən çoxu qızlardır. 196 nəfər isə 600 və daha yüksək bal toplayıb. 2025-2026-cı tədris ilinə görə bu, 1.5 dəfə artım deməkdir”.