Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binası belə görünəcək – FOTO

24 İyul, 2026 - 14:44
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binası belə görünəcək

Qarabağ Universitetinin Mühəndislik fakültəsinin tikintisi davam etdirilən binasının görüntüləri yayımlanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, ən müasir standartlara uyğun inşa edilən binada tələbələrin və akademik heyətin istifadəsinə veriləcək müasir auditoriyalar, laboratoriyalar, kitabxana və elmi-tədqiqat məkanları yaradılır.

Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsində İstanbul Texniki Universiteti ilə ikili diplom proqramı çərçivəsində elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi, kimya mühəndisliyi və inşaat mühəndisliyi ixtisasları üzrə dövlət hesabına tədris həyata keçiriləcək.

Tədris binasının cari ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.