“Qarabağ Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilib
Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Qarabağ Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, yeni dəyişikliklərə əsasən, Qarabağ Universitetinin rektoru “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin rəhbərini təyin və ya vəzifədən azad edə bilməz. Həmçinin həmin tibb müəssisəsində çalışanlarla bağlı həvəsləndirmə və ya intizam tənbehi tədbiri görə bilməz.



