Qayıdışın mübarək, Laçın!

26 Avqust, 2026 - 09:51
Qayıdışın mübarək, Laçın!

2020-ci ilin 27 sentyabrı tarixdə sadəcə bir təqvim deyil.  Şanlı Zəfərə aparan gün, yolun başlanğıcıdır. 44 gün davam edən Zəfər tarixinə 2022-ci ilin 26 avqust tarixi də xüsusi yazılıb. Həmin gündə qələbəmizin davamı olaraq  Laçın şəhəri, Sus və Zabux kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçdi və  beləliklə, Laçın rayonunun işğalına tamamilə son qoyuldu.

“...Bu tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır.

Laçın şəhəri bütün Laçın rayonu kimi, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır. Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var...” Bu fikirləri ölkə başçısı həmin ilin 26 sentyabrında Laçın şəhərində üçrəngli bayrağımızı ucaldarkən səsləndirib.

Vandalizimin acı nəticələrini daşıyan bölgələrimizdən biri də Laçın oldu. Artıq bərpa dövrünü yaşayan Laçının, laçınlıların 30 ilə yaxın davam edən nisgili geridə qalıb. Burada canlanma təkcə infrastrukturun bərpası ilə yekunlaşmır. Laçın doğma sakinləri ilə nəfəs alır, inkişaf edir.  İşğal dövründə sakinləri ilə bərabər respublikanın müxtəlif bölgələrində yerləşən məktəblərin şagirdləri indi azad torpaqdan ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olurlar.

Hazırda azad edilmiş Laçın ərazisində 2 məktəbəqədər təhsil müəssisəsi, 3 ümumtəhsil məktəb fəaliyyət göstərir. İşğal dövründə fəaliyyətini Bakı şəhərində davam etdirən Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbi 2023-cü ilin 15 sentyabrndan, Ədalət Məmmədov adına Zabux kənd tam orta ümumtəhsil məktəbi (işğal dövründə Bakıda fəaliyyət göstərib) 2023-cü ilin 13 dekabrndan, əvvəllər heç bir yerdə fəaliyyət göstərməyən Sus kənd tam orta ümumtəhsil məktəbi isə 2024-cü ilin 16 sentyabrından istifadəyə verilib.

Hazırda bu təhsil müəssisələrində 334 şagird təhsil alır. Sevindirici haldır ki, Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbini 2025-2026-cı tədris ilində bitirən məzunların 2-si ali məktəblərə qəbul imtahanlarında 500–600 bal toplayıb. Həmçinin ümumi təhsil müəssisəsində yaradılmış “Məktəb muzeyi” respublika üzrə “İlin məktəb muzeyi” adına layiq görülüb. 

2024-cü ilin 13 iyulundan Zabux kənd körpələr evi-uşaq bağçası və həmin  ilin sentyabrndan Sus kənd körpələr evi uşaq bağçası  azad Laçında fəaliyyət  göstərərək balaca sakinlərinin qəbuluna başlayıb.


Uzun illərdən sonra öz yurdlarında fəaliyyətini bərpa edən və yeni yaradılan təhsil müəssisələri, mərhələli şəkildə köç edən sakinlər “Böyük Qayıdış”ın və bu torpaqlarda dinc həyatın ən parlaq göstəricilərindəndir.

Qayıdışın mübarək, Laçın!

Qayıdışın mübarək, Laçın!
Qayıdışın mübarək, Laçın!
Qayıdışın mübarək, Laçın!
Qayıdışın mübarək, Laçın!
Qayıdışın mübarək, Laçın!