İşğaldan azad edilmiş ərazilərdə 15 təhsil müəssisəsi fəaliyyətə başlayır
İşğaldan azad edilmiş ərazilərdə yeni tədris ilində daha 15 təhsil müəssisəsi fəaliyyətə başlayır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, həmin təhsil müəssisələrindən 11-i məktəbəqədər, 4-ü isə ümumi təhsil müəssisələridir:
“Yeni müəssisələrin fəaliyyətə başlayacağı ərazilər Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocavənd və Zəngilandır”.
Nazir qeyd edib ki, ilin sonuna doğru - oktyabr-dekabr aylarında da işğaldan azad edilmiş ərazilərdə məktəblər açılacaq.




