Qarabağ Universitetinə yüksək bal toplayan abituriyentlər maraq göstərir - DİM
Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetinə qəbul olunan tələbələrin orta bal göstəriciləri açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci buraxılışında qeyd olunub.
Statistik materiallara görə, işğaldan azad olunmuş Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universiteti ikinci qəbul ilində də abituriyentlərin diqqətini cəlb etməyə davam edir.
Məlumata əsasən, universitetə qəbul olunan tələbələrin orta bal göstəricisi I ixtisas qrupu üzrə 404,588, II qrup üzrə 349,16, III qrup üzrə 501,649, IV qrup üzrə isə 514,278 bal olub.
Qeydə alınan nəticələr universitetə yüksək bal toplayan abituriyentlərin maraq göstərdiyini ortaya qoyur.




