Qazaxda “Bir müəllimin manifesti”nin 5 illik yubileyi və sərgi açılışı keçirilib
ADA Universitetinin Qazax Mərkəzi/Qazax Müəllimlər Seminariyasında “Bir müəllimin manifesti” ixtisasartırma proqramının 5 illik yubileyinə və Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir çərçivəsində ADA Universitetinin Qazax İncəsənət Mərkəzində Xalq rəssamı Arif Hüseynovun Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “El bilir ki, sən mənimsən” adlı sərgisinin açılışı da keçirilib.
Tədbirdə universitet rəhbərliyi, proqramın məzunları, 2026–2027-ci tədris ili üçün proqrama yeni qəbul olunmuş müəllimlər, sərginin müəllifi və şairin nəticəsi Vurğun Vəkilov iştirak ediblər.




