Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində valideyn iclası keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Mərkəz–müəllim–valideyn” əməkdaşlığının gücləndirilməsi və təlim-tərbiyə prosesinin daha da təkmilləşdirilməsi məqsədilə “Valideyn iclası” keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə ümumi orta təhsil bazasından peşə təhsili alan tələbələrin valideynləri iştirak ediblər.
İclası giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, mərkəzin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Daha sonra Tədris və təlim işləri üzrə direktor müavini Camal Rəsulov, Tərbiyə işləri üzrə direktor müavini Reyhan Məmmədova və Valideyn Komitəsinin sədri Kamil Hacıyev çıxış ediblər.
İclasda cari tədris ilinin gedişi və dərsə davamiyyət, tələbələrin təlim-tərbiyə göstəriciləri, mərkəz–valideyn əməkdaşlığının gücləndirilməsi, nizam-intizam qaydaları, gələcək layihə və tədbirlər barədə məlumatlar və birgə əməkdaşlıq, müzakirə olunub.
İclasın rəsmi hissəsinin sonunda, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən tələbələrin nümunəvi davranışına, dərslərdə fəallığına və yüksək tədris nəticələrinə görə 24 nəfər valideynə təşəkkürnamə təqdim edilib.
Sonda çay süfrəsi arxasında səmimi müzakirələr aparılıb və valideynlər sinif rəhbərləri, istehsalat təlim ustaları ilə birlikdə dərs prosesini izləyiblər.




