Qəbələdə tələbələr üçün "Şəxsi inkişaf və karyera planlaşdırılması" təlimi keçirilib

11 Dekabr, 2025 - 14:31

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Karyera xidməti üzrə mütəxəssisləri tərəfindən tələbələr üçün “Şəxsi inkişaf və karyera planlaşdırılması” mövzusunda maarifləndirici təlim təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, təlimin məqsədi tələbələrin seçdikləri ixtisas üzrə şəxsi və peşəkar inkişaf istiqamətlərini müəyyənləşdirmək, karyera hədəflərini planlaşdırmaq və gələcək iş həyatına hazırlıqlı şəkildə addım atmalarına dəstək verməkdir.

Təlimdə "Şəxsi inkişaf və karyera planlaşdırılması nədir?", "Şəxsi inkişafın əsas istiqamətləri və faydaları", "Karyera planlaşdırmasının məqsədləri və mərhələləri" kimi mövzular müzkirə olunub.

Təlim zamanı tələbələrə sual vərəqləri paylanılıb, qrup müzakirələri aparılıb, “Karyera planlaması” videoçarxı nümayiş olunub.