Qəbələdə kitabsevər tələbələrlə bədii əsərlərin müzakirəsi aparılıb

27 Noyabr, 2026 - 15:36
Qəbələdə kitabsevər tələbələrlə bədii əsərlərin müzakirəsi aparılıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında məskunlaşan tələbələrlə Mərkəzin kitabxanaçıları tərəfindən mütaliəyə həsr olunmuş görüş keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşün əsas məqsədi tələbələrin asudə vaxtının səmərəli təşkilinə dəstək olmaq, onların kitaba və bədii ədəbiyyata marağını artırmaq, mütaliə mədəniyyətini inkişaf etdirmək və oxuduqları əsərlər ətrafında fikir mübadiləsi aparmaları üçün şərait yaratmaq olub.

Görüş zamanı kitabxanaçılar tərəfindən tələbələrə əvvəlcədən təqdim edilmiş bədii əsərlər müzakirə olunub. Tələbələr oxuduqları kitablar barədə təəssüratlarını bölüşüb, əsərlərin məzmunu, obrazları və əsas ideyaları ətrafında müzakirələr aparıblar.

Həmçinin mütaliənin dünyagörüşünün zənginləşməsində, nitq və təfəkkür qabiliyyətinin inkişafında, müstəqil düşünmə bacarığının formalaşmasında rolu diqqətə çatdırılıb. Tələbələrin maraq dairəsi nəzərə alınaraq onlara müxtəlif mövzularda bədii ədəbiyyat nümunələri tövsiyə edilib.

Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən  görüşlər tələbələrin asudə vaxtının səmərəli keçirilməsi ilə yanaşı, onların mütaliə vərdişlərinin möhkəmləndirilməsinə, intellektual inkişafına və kitabla daha yaxından ünsiyyət qurmasına xidmət edir.