Bu peşə təhsili müəssisəsində adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur

18 Noyabr, 2026 - 11:39
Bu peşə təhsili müəssisəsində adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur

11 peşə təhsili müəssisəsində adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə Təhsili Forumu 2026”da söyləyib.

İ.Bayramlı bildirib ki, mexanizm 12 min təhsilalanı, yəni hər 4 təhsil alandan 1-i əhatə edir: “Adambaşına maliyyələşmə mexanizmi nəticəyə əsaslanan əməkhaqqı sisteminin yaradılmasına şərait yaradır. Burada əməkhaqqı fəaliyyət göstəricilərinə bağlanır və vəsait ixtisasların xərc tutumuna görə fərqləndirilir”.