Peşə təhsili müəssisəsinin müəllim və tələbələri üçün süni intellektə dair təlim keçirilib

11 Noyabr, 2026 - 15:51
Peşə təhsili müəssisəsinin müəllim və tələbələri üçün süni intellektə dair təlim keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllim və tələbə heyəti üçün “Rəqəmsal gələcək: Süni intellekt” mövzusunda təlim keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, təlimin mentorları Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aytən Səfərəliyeva və IV “Maarifçi” Tələbə-Məzun Proqramının qalibi Aynişan Zeynalova olub.

Təlim çərçivəsində Aytən Səfərəliyeva ənənəvi media, müasir media və kontent yaradılması, Aynişan Zeynalova isə süni intellekt və rəqəmsal marketinq mövzularında çıxış ediblər.

Təlim zamanı iştirakçılarla qeyd olunan istiqamətlər üzrə nəzəri və praktiki biliklər bölüşülüb, rəqəmsal dünyanın yaratdığı yeni imkanlar və müasir texnologiyaların təhsil və peşə fəaliyyətində tətbiqi müzakirə olunub.