İlqar Bayramlı: Peşə təhsilində inklüzivlik ildən-ilə artır

13 Noyabr, 2026 - 16:43
İlqar Bayramlı: Peşə təhsilində inklüzivlik ildən-ilə artır

“Azərbaycanda peşə təhsili sahəsinin inkişafı istiqamətində 2026-2030-cu illərdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı deyib.

Onun sözlərinə görə, cari ildə peşə təhsilinə qəbul alan qadınların payı 42% olmuşdur. 
“Həmçinin peşə təhsilində inklüzivlik ildən-ilə artır. Cari tədris ilində qəbul almış tələbələrimizin 1400 nəfəri sağlamlıq imkanları məhdud şəxsdir. Onların 900 nəfərinin əlillik statusu var”.

Direktor qeyd edib ki, PTDA infrastrukturun yenilənməsi ilə bağlı daimi addımlar atılır:
“Bu çərçivədə ölkədə 2030-cu ilə qədər *21* yeni peşə təhsili müəssisəsinin tikintisi, 2 müəssisənin isə əsaslı təmiri planlaşdırılır”.