Qəbələdə gələcək aşpazlar üçün istehsalat təlimi keçirilib

29 Oktyabr, 2026 - 11:24
Qəbələdə gələcək aşpazlar üçün istehsalat təlimi keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Aşpaz” ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə istehsalat təlimi təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, təlim zamanı tələbələr nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirib, müxtəlif yemək və şirniyyatların hazırlanması prosesində iştirak ediblər. Ərzaqların ilkin hazırlanması, mətbəx avadanlıqlarından düzgün istifadə, yeməklərin hazırlanma texnologiyası və sanitariya-gigiyena qaydalarına riayət olunmasına xüsusi diqqət yetirilib.

Təlimin əsas məqsədi tələbələrin peşə bacarıqlarını inkişaf etdirmək, müstəqil işləmək vərdişlərini formalaşdırmaq və onları gələcək əmək fəaliyyətinə hazırlamaqdır.